Qaytarma siyasəti

Geri Qaytarma Siyasəti 

 Ümumi Müddəalar
Bu Geri Qaytarma Siyasəti “Alpha Hospitality” MMC-yə məxsus olan Cuxie B2B e-ticarət platformasında fəaliyyət göstərən satıcı (Tərəf 1) və alıcı (Tərəf 2) arasında baş tutan kommersiya əməliyyatları üçün tətbiq edilir.
Siyasət Azərbaycan Respublikasının Mülki Məcəlləsi, eləcə də kommersiya praktikasına və tərəflər arasında imzalanmış müqavilələrə əsaslanır.

Qeyd: Cuxie platforması yalnız texniki vasitəçilik funksiyasını yerinə yetirir. Geri qaytarma və imtina prosesində yaranan hüquqi və maliyyə öhdəliklərinə görə platforma məsuliyyət daşımır. Mübahisəli hallar tərəflər arasında bağlanmış müqavilə və qanunvericilik əsasında həll olunur.


Maddə 1. Hüquqi Əsas və Tətbiq Sahəsi

1.1. Bu qaydalar Cuxie platformasında fəaliyyət göstərən hüquqi şəxslər və fərdi sahibkarlar arasında baş tutan kommersiya məqsədli əqdlər üçün tətbiq olunur.
1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (maddə 422-447)Elektron ticarət haqqında Qanun əsasında hazırlanmışdır.
1.3. Bu qaydalar yalnız Cuxie vasitəsilə bağlanmış və rəsmiləşdirilmiş alqı-satqı əməliyyatlarına şamil edilir.


Maddə 2. Geri Qaytarma Halları və Şərtləri

2.1. Zavod qüsuru və ya texniki nasazlıq

2.1.1. Əgər məhsul istifadə olunmamış vəziyyətdə aşkar qüsur və ya texniki nasazlıqla təhvil verilmişsə, alıcı bu barədə 7 (yeddi) təqvim günü ərzində satıcıya yazılı bildiriş göndərməlidir.
2.1.2. Qüsur ekspertiza, laborator analiz və ya texniki arayış ilə sübuta yetirilməlidir.
2.1.3. Bu halda alıcı və satıcı arasında seçim hüququ ilə:
 a) məhsulun bərpası,
 b) eyni məhsulla dəyişdirilməsi və ya
 c) ödənilmiş məbləğin qaytarılması həyata keçirilə bilər.

2.2. Müqaviləyə uyğun olmayan göndəriş

2.2.1. Göndərilmiş məhsul müqavilədə göstərilən çəkidən, çeşiddən, ölçüdən və keyfiyyətdən fərqlidirsə, alıcı 3 iş günü ərzində Cuxie sistemi üzərindən satıcıya şikayət təqdim edə bilər.
2.2.2. Təsdiq edici foto/video sənədlər və müqavilə əlavələri təqdim edilməlidir.
2.2.3. Əgər razılaşma əldə olunarsa, satıcı öz hesabına məhsulu geri qəbul edərək düzgün göndərişi təmin etməlidir.

2.3. Tərəflərin kommersiya əsaslı qarşılıqlı razılığı

2.3.1. Digər istisna hallar üzrə məhsulun geri qaytarılması yalnız satıcı və alıcının yazılı kommersiya razılaşması əsasında mümkündür.
2.3.2. Bu halda Cuxie platforması heç bir qərarverici və ya hüquqi məsuliyyət daşımır. Platforma yalnız tərəflər arasında əlavə texniki əlaqələndirmə və məlumat ötürülməsi funksiyasını yerinə yetirir.


Maddə 3. Geri Qaytarıla Bilməyən Məhsullar

3.1. Aşağıdakı məhsullar üzrə qaytarılma hüququ istisna edilir:
 a) Fərdi tələblə istehsal olunmuş məhsullar;
 b) Tez xarab olan, temperatur və nəmlik həssaslığı yüksək olan kənd təsərrüfatı malları;
 c) Qablaşdırması pozulmuş, saxlanma və istifadə qaydaları pozulmuş məhsullar;
 d) Ticarət etiketi və ya məhsul barkodu silinmiş məhsullar.


Maddə 4. Geri Qaytarma Proseduru

4.1. Alıcı geri qaytarma tələbini Cuxie sistemində “Geri Qaytar” funksiyası vasitəsilə elektron şəkildə göndərir.
4.2. Müraciətə aşağıdakılar əlavə olunur:
 - Qüsuru təsdiqləyən foto/video materiallar;
 - Alqı-satqı müqaviləsi və elektron qaimə-faktura.
4.3. Satıcı 3 iş günü ərzində elektron cavab təqdim etməlidir.
4.4. Razılaşdırılmış halda məhsul geri qaytarılır və ödəmə 7 iş günü ərzində ilkin ödəmə üsulu ilə geri qaytarılır.
4.5. Rədd halında tərəflər yalnız Mülki Məcəllə və ya arbitraj razılaşması əsasında məhkəmə və ya kommersiya arbitrajına müraciət edə bilər.


Maddə 5. Çatdırılma və Daşıma Xərcləri

5.1. Qüsurlu və ya uyğun olmayan məhsullarda geri göndəriş və kuryer xərcləri satıcı tərəfindən qarşılanır.
5.2. Subyektiv və ya kommersiya səbəbi ilə edilən geri qaytarmalarda xərclər alıcıya məxsusdur.


6. Tələb Olunan Sənədlər

🧾 Geri qaytarma prosesində aşağıdakı sənədlər tələb olunur:

  • Elektron faktura və ya kommersiya müqaviləsi;
  • Məhsulun real vəziyyətini təsdiq edən foto/video sübutlar;
  • Alıcının VÖEN və əlaqə məlumatları.

7. Platformanın Rolu və Hüquqi Mövqeyi

7.1. Cuxie platforması məhsulun keyfiyyəti, düzgünlüyü və göndəriş məsuliyyətinə görə hüquqi və maliyyə məsuliyyəti daşımır.
7.2. Cuxie yalnız vasitəçi rolunu yerinə yetirir:
 - Satıcı və alıcı arasında əlaqə təmin edir;
 - Müraciətləri texniki sistemlə qəbul edir və yönləndirir;
 - Mübahisə hallarında öz təşəbbüsü ilə heç bir qərar vermir və öhdəlik götürmür.
7.3. Bu maddə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1, 432 və 437-ci maddələrinə əsasən hazırlanmışdır.

 

8. Əlaqə və Dəstək

📨 E-poçt: [email protected]
📞 Telefon: +994 55 298 7296
📍 Ünvan: Bakı şəhəri, Xətai pr., ev A, mənzil 22