Tez-tez Verilən Suallar

Satıcı qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur: VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) Hüquqi şəxs və ya fərdi sahibkar statusu Bank rekvizitləri Məhsul təsviri və uyğunluq sertifikatları (əgər tələb olunursa)

Cuxie vasitəçi platforma olaraq rəsmi müqavilə, təsdiqlənmiş sifariş, e-qaimə və hüquqi sənədlərlə əməliyyatları rəsmiləşdirir. Hər iki tərəfin məlumatları Azərbaycan qanunvericiliyinə və “Fərdi Məlumatların Qorunması haqqında” Qanuna uyğun qorunur. Əməliyyat şəffaf şəkildə izlənilir və arxivləşdirilir.

Cuxie-də ödənişlər tam rəqəmsallaşdırılmış və nəzarətli sistem vasitəsilə aparılır: Bank köçürməsi (havala) POS-terminal ilə yerində ödəniş Onlayn ödəniş keçidi (Visa/MasterCard, yerli ödəmə sistemləri) Qanuni ödəniş sənədləri (faktura, e-qaimə) avtomatik formalaşdırılır. Tərəflər arasında yalnız sistem vasitəsilə təsdiqlənmiş sifarişlər ödənilə bilər.

B2B — “Business to Business”, yəni biznesdən biznesə ticarət modelidir. Bu modeldə məhsullar və xidmətlər birbaşa müəssisələr arasında alınıb-satılır. B2C — “Business to Consumer”, yəni biznesdən son istehlakçıya satış modelidir. Cuxie yalnız B2B modelində fəaliyyət göstərir və pərakəndə satış (B2C) üçün nəzərdə tutulmayıb.

B2B (Business-to-Business) e-commerce marketplace — müəssisələrin bir-biri ilə rəqəmsal mühitdə birbaşa ticarət apardığı platformadır. Cuxie kimi platformalarda məhsul və xidmətlər yalnız biznes subyektləri arasında satılır və alınır. Bu, satış prosesini sürətləndirir, hüquqi şəffaflıq yaradır və topdan satış üçün yeni bazar imkanları açır.

Çünki Cuxie sizə rəqəmsal satış kanalı, sifariş və ödəniş idarəetməsi, çevik çatdırılma mexanizmi, müasir hüquqi qorunma və potensial müştərilərə birbaşa çıxış imkanı təqdim edir. Artıq satış və sifariş prosesləri üçün əlavə insan resursuna və ya infrastruktur xərclərinə ehtiyac yoxdur — hamısı bir platformada!

Xeyr! Cuxie platformasında meyvə-tərəvəz, ət və süd məhsulları, eləcə də qida əlavələri, içkilər, qənnadı məmulatları, qeyri-qida malları (məsələn, qablaşdırma materialları, təmizlik vasitələri və s.) kimi istənilən topdan satış kateqoriyaları ilə fəaliyyət göstərmək mümkündür.

Sadəcə olaraq vergi qeydiyyatında olan hüquqi şəxs və ya fərdi sahibkar kimi qeydiyyatdan keçirsiniz. Komandamız tərəfindən təsdiqləndikdən sonra siz platformada məhsul yerləşdirə, sifariş qəbul edə və ya digər tərəfdaşlardan sifariş verə bilərsiniz — tam avtomatlaşdırılmış və hüquqi cəhətdən qorunan sistem üzərindən.

Cuxie platforması yalnız kənd təsərrüfatı sahəsində fəaliyyət göstərənlər üçün deyil. İstənilən istehsalçı, idxalçı, distribyutor, topdan satış şirkəti və ya iaşə obyektlərinə məhsul təklif edən B2B müəssisə platformadan istifadə edə bilər. Əgər siz qida və ya qeyri-qida məhsullarını topdan şəkildə təqdim edirsinizsə, Cuxie sizin üçün ən doğru yerdir.